Türkiyənin milli müdafiə naziri bu gün Azərbaycana səfər edəcək
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz bu gün Azərbaycana səfər edəcək. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, 3 gün davam edəcək səfər Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti əsasında gerçəkləşir. Bu, iyul ayında müdafiə naziri təyin olunmuş İsmət Yılmazın Azərbaycana tanışlıq səfəridir. Azərbaycana səfərdə İsmət Yılmazı Milli Müdafiə Nazirliyinin müxtəlif strukturlarının rəhbərləri müşayiət edəcək.
İsmət Yılmazın səfər çərçivəsində müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov, baş nazir Artur Rasizadə, prezident İlham Əliyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və digər şəxslərlə görüşü nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB