ATƏT qoşunların təmas xəttində növbəti monitorinq keçirəcək

ATƏT qoşunların təmas xəttində növbəti monitorinq keçirəcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 13-də Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Antal Herdiç və Uilyam Praroy keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə