Prezident İlham Əliyev İspaniya Kralı I Xuan Karlosa təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı I Xuan Karlosa təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-İspaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, dostluq əlaqələrimizin genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.
İlham Əliyev I Xuan Karlosa ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost İspaniya xalqına əmin-amanlıq və rifah diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB