Sergey Narışkin: “Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq bütün istiqamətlər üzrə uğurla inkişaf edir”
Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq bütün istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edir. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda deyib.
S.Narışkin vurğulayıb ki, Rusiya və Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Kreml Administrasiyasının rəhbəri deyib: "Biz ölkələrimiz arasında əlaqələrin inkişafını yüksək qiymətləndiririk. Azərbaycan və Rusiya bu il əmtəə dövriyyəsinin böhrandan əvvəlki səviyyəsini praktiki olaraq bərpa edəcəklər".
S.Narışkin daha sonra vurğulayıb ki, Azərbaycan və Rusiya humanitar sahədə çoxlu layihələr həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB