Yanis Karklins: “Ənənəvi jurnalistika ilə kommunikasiyaların yeni formaları arasında balans yaradılması çox vacibdir\" - MÜNASİBƏT

Yanis Karklins: “Ənənəvi jurnalistika ilə kommunikasiyaların yeni formaları arasında balans yaradılması çox vacibdir\" - MÜNASİBƏT

Sosial şəbəkələr cəmiyyət həyatının bütün səviyyələrinə təsir göstərir. Bu barədə Bakıda İTAR-TASS agentliyini baş direktoru Vitali İqnatenko Bakı Beynəlxalq Humanitar Forumunda \"XXI əsrdə sosial jurnalistika: hər kəs jurnalist ola bilər\" mövzusunun müzakirəsi zamanı bildirib.

İqnatenko: \"Son illər geniş yayılmış sosial jurnalistika cəmiyyətin müxtəlif təbəqələrindən olan adamlar arasında fikir mübadiləsi üçün platforma yaradır\", - deyə əlvə edib.

SİA-nın məlumatına görə, AzərTAc Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov giriş niqti ilə çıxış edərək qeyd edib ki, qloballaşan dünyada informasiya mənbəyi kimi sosial şəbəkələrin əhəmiyyəti getdikcə artır və bu XXI əsrin sosial tələblərindən biridir. Baş direktorun sözlərinə görə, bu gün jurnalistikada yeni texnologiyaların tətbiqi getdikcə daha böyük əhəmiyyət daşıyır: \"Yeni əsrdə media ənənələri ənənəvi jurnalistikadan tamamilə fərqlənir. Bu gün qarşımızda bir sual durur: internet və sosial şəbəkələrlə bağlı olan jurnalistikanın gələcəyi necə görünür\".

YUNESKO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklinsin fikrincə, bu gün informasiya texnologiyaları kommunikasiyalar üçün əvvəllər məlum olmayan yeni vasitələr açır. Onun sözlərinə görə, bu gün dünyada iki milyard adam internetdən istifadə edir, jurnalistika isə ənənəvi kütləvi informasiya vasitəsidir. \"Və bu gün ənənəvi jurnalistika ilə kommunikasiyaların yeni formaları arasında balans yaradılması çox vacibdir\", - Karklins bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə