Elmar Məmmədyarov YUNESKO-nun Baş direktorunun müavini Yanis Karklinsini qəbul edib

Elmar Məmmədyarov YUNESKO-nun Baş direktorunun müavini Yanis Karklinsini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan YUNESKO-nun Baş direktorunun müavini Yanis Karklinsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə ölkəmizlə YUNESKO arasındakı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb və əlaqələrin səviyyəsindən məmnunluq bildirilib. Nazir Elmar Məmmədyarov YUNESKO-nun dünyada elm və mədəniyyətin inkişaf etdirilməsində rolunu vurğulanış və bu istiqamətdə kifayət qədər mandata sahib olan bir institut olduğunu diqqətə çatdırılıb. Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun dünyada elm və mədəniyyətin üzləşdiyi çağırışları cavablandırmaqda mühüm rol oynayacağı vurğulanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə