Dağlıq Qarabağın Ermənistanın ərazisi olub-olmamasını sübut etmək üçün müzakirələrin aparılması belə tarixi bilməməkdən, savadsız olmaqdan xəbər verərdi. Bunu birmənalı qarşılamaq lazımdır. Baxmayaraq ki, Ermənistan Azərbaycanın dilbər guşəsini xarici havadarlarının, bilavasitə Rusiyanın hərbi dəstəyi ilə işğal edib, döyüşü uduzmuşuq, amma müharibəni uduzmamışıq. Hələ Azərbaycan Ordusu son sözünü deməyib. Bu fikirlər boğazdan yuxarı yox, ürəkdən gələn, qanımıza hopmuş, iliyimizə işləmiş bir həqiqətdir. Biz sözümüzü hələ bitirməmişik.
Ermənistan isə Dağlıq Qarabağda işğal etdiyi torpaqlardakı tarixi, milli-mənəvi izimizi itirməklə buraların ermənilərə məxsus olduğunu sübut etməyə çalışır. Əvvəllər Ermənistanın bu işğalda iştirak etmədiyini deyən ermənilər bütün bu hadisələrin arxasında özlərinin yaratdığı, dünya ermənilərinin maddi dəstəyi ilə formalaşdırdıqları separatçı rejimin olduğunu desələr də son illər val tamamilə dəyişib. Bütün danışıqlar prosesində tərəf kimi iştirak edən Ermənistan əgər əvvəllər sepatatçı rejim tanınmadığı üçün prosesə qatılırdısa, indi məhz birbaşa tərəf olduğunu gizlətmir. Ağalarının dəstəyini, "dobro"sunu almış Ermənistan Dağlıq Qarabağın ona verilməsinin zəruri olduğunu bildirir və başdan ayağa yalan, uydurma əsasında yazılmış tarixinə istinad edərək bu torpaqların Ermənistana verilməsinin alternativi olmadığını sübut etməyə çalışır.
Zaman-zaman dünyanın məşhur sosial şəbəkələrində Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərməklə ermənilər beynəlxalq ictimaiyyəti belə aldatmaqdan çəkinmirlər. Burada iki nüans ola bilər: ya dünyanın iri, aparıcı ölkələrində insanlar öz problemlərindən başqa heç nə fikirləşmir, biznesini qurur, istirahət edir, səyahətə gedir, yeri düşəndə getdiyi ölkənin tarixinə "xala xətri qalmasın" deyə gözücü baxır, ya da baçımıza açılan bu oyunların iştirakçısı olduqları üçün özlərini bilməməzliyə qoyurlar. Bir sözlə, Azərbaycanın və burada yaşayan xalqın haqqını öz iqtisadi maraqlarına qurban verirlər.
SİA-nın verdiyi məlumata görə, erməni həyasızlığının daha bir təqdimatı baş tutub: Sabah İrlandiyada keçiriləcək İrlandiya-Ermənistan oyununun loqosunu hazırlayan ermənilər Ermənistanın xəritəsinə Dağlıq Qarabağ və ondan kənarda olan Azərbaycan torpaqlarını qatmaqla irlandlara, eyni ilə digər xalqlara yeni sübut hazırladığını güman edir. Maraqlıdır, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin intensivləşdiyi bir zamanda Ermənistanın belə addım atması nədən və nələrdən xəbər verir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB