Dağlıq Qarabağın Azərbaycan İcması Rusiyada münaqişənin obyektiv tanıdılması məqsədilə görüş keçirəcək

Dağlıq Qarabağın Azərbaycan İcması Rusiyada münaqişənin obyektiv tanıdılması məqsədilə görüş keçirəcək

Yaxın vaxtlarda Dağlıq Qarabağın Azərbaycan İcması Rusiyada münaqişənin obyektiv tanıdılması məqsədilə görüş keçirəcək. SİA-nın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, hazırda sözügedən görüşlə bağlı hazırlıq işləri aparılır. Səfir ATƏT-in Minsk qrupu həmsədri olan ölkələrdə, o cümlədən Rusiyada bu kimi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb: "Hazırda biz Moskva da belə görüşün keçirilməsini hazırlayırıq. Mən bu yaxınlarda sözügedən görüşə hazırlıq işlərinin aparılması ilə bağlı tapşırıq vermişəm".

P.Bülbüloğlu bu kimi görüşlərin Avropa ölkələrində də təşkil olunmasının nəzərdə tutulduğunu söyləyib: "Bu görüşlər "xalq diplomatiyası" çərçivəsində deyil, Dağlıq Qarabağın Azərbaycan İcmasının təşəbbüsü ilə təşkil olunacaq. Görüşün məqsədi, Dağlıq Qarabağın Azərbaycan İcmasının daha fəal addımlar atması və onun tanıdılmasıdır".


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə