Fransa prezidentinin Azərbaycana səfəri başa çatıb

Fransa prezidentinin Azərbaycana səfəri başa çatıb

Fransa prezidentin Azərbaycana səfəi başa çatıb. O, artıq Gürcüstana yola düşüb. Tiflis beynəlxalq aeroportunda Fransa prezidentinin gəlişi münasibəti ilə rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstan prezidenti Mixail Saakaşvili Fransa prezidentini qarşılayıb. Sonra prezidentlər xalqa müraciətlə çıxış etmək üçün Tiflisin "Azadlıq" meydanına gəliblər. Gürcü müğənnisi Sofya Nijaradze Fransa və Gürcüstanın himnlərini oxuyub.
M. Saakaşvili Fransa prezidentinin gəlişini Gürcüstan üçün böyük hadisə adlandırıb və Qızılgül inqilabından sonra "Azadlıq" meydanında belə qələbəliyin olmadığını deyib. O eyni zamanda 2008-ci il hadisələrində Fransanın Gürcüstanı tək qoymadığını, Gürcüstanın müstəqilliyini dəstəklədiyini, ölkənin azadlığını bir daha təsdiqlədiyini bildirib. Sonra Nikola Sarkozi xalqa müraciət edib və çıxışını "Yaşasın fransız və gürcü xalqının dostluğu!" sözləri ilə başa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə