Mürtəza Həsənov: \"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və uzanması İranın xeyrinədir\" - MÜSAHİBƏ SəsTV

Mürtəza Həsənov: \"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və uzanması İranın xeyrinədir\" - MÜSAHİBƏ SəsTV

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Mürtəza Həsənovun Səs Tv-yə müsahibəsi



- "Wikliks" saytının yaydığı məlumata görə, Ermənistan terror həyata keçirmək üçün İrana silah-sursat satıb. İran-Ermənistan əməkdaşlığını terrorçu dövlətlərin birgə əməkdaşlığı kimi qiymətləndirmək olar?


- Dünya çox təsirli halda dəyişməkdədir. Hər gün yeni bir hadisə ilə dünya qarşı-qarşıya gəlir. Sovet İttifaqı dağıldıqdan sonra dünyada qlobal siyasət çoxqütblü hala gəldi. Heç bir zaman dünya bu şəkildə çox qütblü olmamışdır. Mədəniyyətlər arasında tarazlıqlar dəyişməkdədir. "Wikelaks"-ın yaydığı bütün məlumatları doğru saya bilmərik. Çünki bizim də ölkəmiz haqqında bəzi yalan məlumatlar yayıblar. Bu məlumatların hamısı doğru olmasa belə müəyyən yerlərdə haqlı olduqları da mövcuddur. İranın Ermənistana silah satması qeyri-adi bir hal deyil. Çünki İran dövlət başçıları Ermənistanda "soyqırım" abidəsini ziyarət edirlər. Bildiyimz kimi Yaxın Şərqdə ABŞ-nın böyük "Yaxın Şərq" layihəsi var. Iran da Liviya və Suriya kimi şərq dövlətlərdən biridir. İranın qanunları "Qurani Kərimə" dayanıqlı bir qanunlardır. İran da Amerika kimi digər böyük dövlətlər kimi klassik bir dövlətdir.



- Onun xarici əlaqələrində mənfət və çıxarlar var. İran-Ermənistan yaxınlaşmasının rəsmi Tehranın anti-Azərbaycan siyasəti kimi qiymətləndirmək olar?


- Ermənistan İranın ikiüzlü siyasətinin göstəricisidir. Özünü İslam dünyasının lideri olduğunu iddia edən İran Ermənistan kimi xristian bir dövləti himayə etməsi bir daha göstərir ki, bu dövlət islam prinsiplərindən uzaqdır. İran Ermənistana fars milliyyətçiliyi prizmasından baxmaqdadır. Fars milliyyətçiliyi idelogiyasi Azərbaycan və Türkiyə düşmənçiliyi üzərində formalaşıb. Həm də münaqişənin həll olunmaması və uzanması İranın xeyrinədir. Ermənistanın Azərbaycanla gərgin münasibəti, eyni zamanda Azərbaycanın inkişafı və İrandakı türklər üçün bir güc mərkəzi olmasının qarşısını alır. Ayrıca, Ermənistan-Azərbaycan savaşı hər iki dövləti İrana doğru yönəldir. İkincisi, İran Ermənistanın Rusiyadan ayrılıb Qərbin təsir dairəsinə düşməsini istəmir. Başqa bir ifadə ilə desək, İran Ermənistanın Rusiyadan ayrılıb Qərbə yaxınlaşmasından qorxur və bunun qarşısını almaq üçün özü məcbur olub Ermənistanı dəstəkləyir və öz təsir dairəsində saxlamaq istəyir. Bir tərəfdən İran Ermənistanı Türkiyənin Qafqazdakı fəaliyyətini məhdudlaşdırmanın vasitələrindən biri olaraq görür, digər tərəfdən də Avropa və ABŞ-dakı erməni diasporunun qlobal siyasətdə özünə bəzi qapılar aça biləcəyini düşünməkdədir.



- Fransa prezidenri Nikola Sarkozi Ermənistanda olduğu zaman qondarma "soyqırım" abidəsini ziyarət edərkən Türkiyəyə belə mesaj verib: Əgər Türkiyə 2011-ci ilin sonuna qədər erməni soyqırımını tanımazsa, bu təqdirdə Fransa Türkiyəyə qarşı lazimi ciddi tədbirlər görəcək. Sizcə Fransa Türkiyə üçün hansı ciddi tədbirlər görə bilər?


- Fransa qərbdə çox önəmli dövlətlərdən biri sayılır. Azərbaycanla da müttəfiq əlaqələri mövcuddur. Siyasətçilər hər zaman Fransadakı güclü diasporu nəzərə alaraq məsələləri ciddi nəzarətdə saxlayırlar. Sarkozi də erməni lobbisinin təsiri altında qalan siyasətçi olduğu üçün Ermənistanda belə bir bəyanat Azərbaycanda isə tamam fərqli çıxışlar edir. Türkiyə Afrikadakı kiçik dövlətlərdən biri deyil ki, Türkiyə "soyqırımı"nı tanımazsa ölkəyə qarşı hər hansı bir tədbirlər görsün. Türkiyə dünyanın aparıcı ölkələrindən və NATO-nun üzvlərindən biridir. Əgər Türkiyə Fransa mallarının idxalının qarşısını alarsa o zaman Fransa üçün böyük təhlükə ola bilər. Çünki Fransa iş adamlarının Türkiyədə böyük sərmayələri var. Türkiyə kimi böyük bir dövlət heç vaxt Fransanın dediklərindən qorxmaz, çəkinməz. Türkiyənin baş naziri R.T.Ərdoğan da İsrailə, Qərbin böyük dövlətlərinə olan çıxışları hamıya bəllidir. Siyasətçilər hər bir getdikləri hər bir ölkədə müraciətlər və çıxışlar edə bilərlər. Amma hər bir çıxışın sonunda nəticəni gözləmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə