Politoloq: “Sarkozinin Ermənistana səfəri daxili məqsədlər daşıyır”

Politoloq: “Sarkozinin Ermənistana səfəri daxili məqsədlər daşıyır”

\"Fransa prezidenti Nikolya Sarkozinin Ermənistana səfəri daxili məqsədlər daşıyır\". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov söyləyib. Onun sözlərinə görə, Sarkozinin bu ölkəyə etdiyi səfər son anda veriləcək qərarda öz sözünü deyə bilər: "Ermənistanda iqtisadi vəziyyət çox acınacaqlıdır. İqtisadi cəhətdən Ermənistanda heç bir şey yoxdur, amma əksinə Azərbaycandakı inkişaf göz qabağındadır. Fransanın böyük şirkətləri Azərbaycandadır. Fransanın biləvasitə Azərbaycana iqtisadi maraqları yüksək səviyyədədir. Fərz edirəm ki, Sarkozi Fransada prezident kimi yenidən hakimiyyətdə qalsa, gördüyü müqayisəli şəkildə bu mənzərə onun nəzərində müsbət amil kimi qalacaq və verəcəyi son qərarda bu özünü göstərəcək"-deyə politoloq sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə