Azərbaycanda səfərdə olan Fransa prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda səfərdə olan Fransa prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda səfərdə olan Fransa prezidenti Nikola Sarkozinin oktyabrın 7-də rəsmi qarşılanma mərasimi olub. SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağı Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Nikola Sarkoziyə, Fransa nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə