SAM-ın ekspertləri Koreyanın aparıcı beyin mərkəzlərində görüşlər keçirəcəklər

SAM-ın ekspertləri Koreyanın aparıcı beyin mərkəzlərində görüşlər keçirəcəklər

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin iqtisadiyyat və enerji məsələləri üzrə ekspertləri Gülmira Rzayeva və Ramiz Rəhmanov Koreya Respublikasının neft-qaz sahəsində nüfuzlu şirkətlərindən biri olan SK C&C Management şirkətinin dəvətilə 8-13 oktyabr tarixlərində bu ölkədə səfərdə olacaqlar.

SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tanışlıq xarakteri daşıyan bu səfər çərçivəsində SAM-ın ekspertləri Koreya Respublikasının SK Ulsan Petroleum Complex, LNG Storage Site, Korea Gas Technology və digər şirkətlərdə görüşlər keçirərək gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Nəzərdə tutulmuş səfər müddətində SAM-ın ekspertləri, həmçinin Koreyanın aparıcı beyin mərkəzləri olan - Koreya Atom-Enerji Araşdırmalar Mərkəzi və Koreya Beynəlxalq İqtisadi-Siyasət İnstitutunda görüşlər keçirib, iki dövlətin analitik institutları arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa aid olan müxtəlif layihələr ətrafında geniş müzakirələr aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə