Fransa prezidenti Nikolya Sarkozi Azərbaycana rəsmi səfərə gəlib

Fransa prezidenti Nikolya Sarkozi Azərbaycana rəsmi səfərə gəlib

Fransa prezidenti Nikolya Sarkozi oktyabrın 7-də Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın məlumatına görə, N. Sarkozini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.


Milli geyimli uşaqlar Fransa prezidentinə gül dəstəsi təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə