Türkiyənin nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin(USAK-Uluslararası Stratejik Araştırmalar Kurumu) Avrasiya Tədqiqatları Departamentinin rəhbəri Turqut Dəmirtəpənin rəhbərliyi ilə və USAK-ın ekspertləri - professor Kamer Kasım, Güner Özkan, Habibe Özdal, Hasan Selim Özertem, Gülay Kılıç və Arzu Turgut, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Zaur Şiriyevin iştirakı ilə hazırlanan "Dağlıq Qarabağ münaqişəsi: Dar sahədə Böyük Oyun" başlıqlı geniş məruzə Türkiyə ictimaiyyətinə təqdim olunub.
SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məruzədə Azərbaycan və Ermənistanın münaqişənin həllinə baxışları, regional güclərin münaqişə tərəfləri ilə bağlı mövqeyi və siyasəti, qaçqın və məcburi köçkün problemləri geniş şəkildə tədqiq olunaraq, siyasi tövsiyələr yer alıb.
Zaur Şiriyev, məruzədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar və ictimaiyyətin münaqişənin həllinə baxışı və digər məsələləri hazırlanıb.
Qeyd edək ki, məruzə çap formatında Türkiyədə satışdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB