Fransa prezidenti Nikolya Sarkozi Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində Bakıya gələcək. SİA-nın xəbərinə görə, səfər zamanı Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Cənubi Qafqazdakı münaqişələrin nizamlanması da Fransa liderinin səfəri zamanı diqqət mərkəzində olacaq. Nikolya Sarkozinin Bakıya səfəri çərçivəsində həmçinin Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanacağı da gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB