Nikolya Sarkozi: “Sülhü seçməyin vaxtı çatıb”

Nikolya Sarkozi: “Sülhü seçməyin vaxtı çatıb”

Sülhün heç bir alternativi yoxdur və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri nifrətlərinə üstün gəlməli, sülh və əməkdaşlıqla yola davam etməlidirlər. SİA-nın xəbərinə görə, bunları Mediamax xəbər agentliyinə müsahibəsində Fransa prezidenti Nikolya Sarkozi deyib.

\"Bəzən müharibəni davam etdirməkdən daha çox, sülhü yaratmağa ehtiyac duyulur\",- deyə Fransa prezident əlavə edib.

Sarkoziyə görə, Fransa və Almaniya, eləcə də tarixdə digər dövlətlər arasında ən ağır, faciəli müharibələr baş verib. Hətta ən böyük acı unudulur və xalqlar ən çətin vəziyyətlərdə belə sülh üçün özlərində qüvvə tapa biliblər: \"Ermənilər və azərbaycanlılar bu yolu seçməlidir. Minlərlə insanın ölümünə, faciələrə səbəb olmuş müharibədən sonra sülh üçün seçim etməyin vaxtı çatıb. İntiqam, qisas doğuran və sülhə əngəl olan bütün fikirlərdən uzaq dayanın. Minsk qrupunun həmsədr ölkələrindən hər biri münaqişə tərəflərinin etimadından yararlanır və münaqişənin nizamlanması üçün şərtlərin müəyyənləşdirilməsi prosesində tam iştirak edir. Amma ilk növbədə ermənilər və azərbaycanlılar bu yolu tapmalıdırlar. Biz köməklik göstərə, müşayiət edə bilərik. Amma biz sizin əvəzinizə sülh yarada bilmərik \".

Bütün xəbərlər Facebook səhifəmizdə