Bu gün Fransa prezidenti Nikolya Sarkozinin Cənubi Qafqaz bölgəsinə səfəri başlayır. SİA-nın xəbərinə görə, onun ikigünlük səfər çərçivəsində ilk dayanacatı İrəvan olacaq. Səfər zamanı Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Cənubi Qafqazdakı münaqişələrin nizamlanması da Fransa liderinin səfəri zamanı diqqət mərkəzində olacaq. Sarkozi Bakıya oktyabrın 7-də gələcək. Onun səfəri çərçivəsində Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanacağı gözlənilir. Daha sonra Nikolya Sarkozi Bakıdan Tiflisə yollanacaq və bununla da Fransa prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB