Rəsmi Moskva: “Rusiya Azərbaycanın BMT TŞ-nin müvəqqəti üzvü seçilməsini dəstəkləyir”
Rəsmi Moskva Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmaq niyyətlərini dəstəkləyəcək. SİA-nın "İnterfax" istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç çərşənbə günü Moskvada keçirilən brifinqdə bildirib: "Biz bu məsələni qiymətləndiririk və əhəmiyyətini anlayırıq. Biz məsələnin uğurla həll olunması və Azərbaycan tərəfini qane etməsi üçün çalışacağıq"
Qeyd edək ki, Azərbaycan BMT TŞ-nin müvəqqəti üzvü seçilməsi üçün namizədliyini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB