Poçt şöbələrinin fəaliyyəti genişləndiriləcək

Poçt şöbələrinin fəaliyyəti genişləndiriləcək
Mərkəzi Bank 890 poçt şöbəsinə bank və maliyyə xidmətləri göstərmək üçün lisenziya verib. "Azərpoçt\" MMC-dən SİA-ya verilən məlumata görə, poçt şöbələrində valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcək. Sözügedən layihənin 1200 poçt şöbəsində reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda poçt şöbələrinin bank və maliyyə xidmətləri göstərməsi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə