Venesiya Komissiyasının iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

Venesiya Komissiyasının iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

Avropa Şurası Venesiya Komissiyasının oktyabrın 14-15-də keçiriləcək 88-ci plenar sessiyasında Azərbaycanda QHT-lər haqqında qanunvericiliyin insan haqları standartları ilə uyğunluğuna dair rəy layihəsini qəbul etmək məqsədilə fikir mübadiləsi aparılacaq. SİA-nın xəbərinə görə, bu barədə AŞPA-nın payız sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi brifinqdə Venesiya Komissiyasının katibi Tomas Markert və Simona Granata-Mengini məlumat verib. Venesiya Komissiyası rəsmilərinin sözlərinə görə məsələ ilə bağlı fikir mübadiləsi aparmaq üçün Azərbaycandan yüksək səviyyədə rəsmi şəxslər dəvət olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə