Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmeni qəbul edib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən Piter Beytmen ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusi ilə iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan – Böyük Britaniya əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini deyib.
Öz növbəsində nazir Elmar Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə britaniyalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB