Politoloq Mirkazım Seyidov: “Dağlıq Qarabağ münaqişəsini uzatmaq Sarkisyanın şəхsi məqsədinə, marağına хidmət edir”

Politoloq Mirkazım Seyidov: “Dağlıq Qarabağ münaqişəsini uzatmaq Sarkisyanın şəхsi məqsədinə, marağına хidmət edir”

Müstəqillikdən 20 illik bir dövr keçsə də Azərbaycan xarici diplomatiyası beynəlxalq aləmdə çox uğurlu naliyətlər əldə edib. Bunu SİA-ya açıqlamasında Heydər Əliyev adına Beynəlxalq Forumunun Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri, politoloq Mirkazım Seyidov açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq Dağlıq Qarabağ probleminin həlli, ərazi bütövlüyümüz hələ ki, təmin olunmayıb. Bunun da bir çox səbəbləri var. Ermənistanda uzun müddətdir ki, mitinqlər fasilələrlə davam edir. Ermənistanın oturaq mitinqlər keçirilməsi bir neçə səbəblərlə izah olunur. Bu səbəblərdən də əhalinin köçüb getməsi, iqtisadi tənəzzül və Ermənistan hakimiyyətinin, indiki prezidentinin apardığı siyasət bütövlükdə xalqın hökumətin əleyhinə qalxmasına təkan verib. Müxalifət artıq bu gün oturaq şəraitdə öz etirazlarını bildirməyə başlamışlar. Əlbəttə, bu gözlənilən haldır. Oturaq mitinq qanlı müharibə meydanına da çevrilə bilər. Dağlıq Qarabağ probleminin həlli istiqamətində qəti addımların atılmaması elə vəziyyət yaradıb ki, hətta erməni biznesmenləri də beynəlxalq layihələrdə iştirak etməkdən mərhum olub, ölkə xarici investisiyalardan məhrum olub, həmçinin ölkənin iqtisadi və ictimai-siyasi sabitliyinin tam pozulmasına gətirib çıxarıb. Bütün bu etirazlar hər hansı bir formada bütöv xalqın etirazlarına gətirib çıxarıb. Müxalifətə rəhbərlik edən Levon Ter-Petrosiyanın Dağlıq Qarabağ haqqında söylədikləri fikirlər yada salaq. Onun hakimiyyətə gələcəyi təqdirdə Dağlıq Qarabağ problemi həllinin tam şəkildə başa çatmasını öz xalqına vəd etməsi biz hamımız şahidi olduq. Birmənalı şəkildə qeyd edərdim ki, Dağlıq Qarabağ probleminin həlli Serj Sarkisyan, Köçayan hakimiyyətləri müqabilində heç vaxt öz həllini tapmayacaq. İstər beynəlxalq əlaqələr, istər BMT, istərsə də ATƏT-rı hər hansı bir qərar çıxarsa belə Serj Sarkisyan, Köçəryan hakimiyyətinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində qəti addımını heç vaxt görməmişəm və görmürəm də. Mən hesab edirəm ki, onlar bu məsələlənin həllində heç bir iş görməyəcəklər. Təbii ki, bu proseslər İran və Rusiyanın köməyi ilə həyata keçirilir. Hətta belə güman edilir ki, bunların qarşısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm tapşırıqları da olub. Köçəryan və Sarkisyan hakimiyyətinin Qarabağ probleminin həlli istiqamətində bir məqsədi irəli qoyulub ki, bu münaqişənin həlli tapılmasın və ancaq uzadılsın. Rusiya və İranın köməyi ilə bu münaqişənin uzadılması Dağlıq Qarabağın müstəqil bir dövlət kimi tanınmasına, Ermənistan hakimiyyətinin birmənalı şəkildə Qarabağa qəhrəman kimi qayıtması üçün nəzərdə tutulan bir siyasətdir. İran Ermənistanla həmişə iqtisadi əlaqələr yaradıb, maddi və mənəvi şəkildə dəstək olub. Politoloq həmçinin qeyd ediblər ki, erməni lobbisi zorla da olsa hakimiyyəti əldə saxlamaqdan ötrü Fransadan da dəstək alır. Biz Dağlıq Qarabağ probleminin həllini tam şəkildə görmək istəyiriksə, bütün beynəlxalq ictimaiyyətə və erməni xalqına başa salmalıyıq ki, bu hakimiyyət münaqişənin həllində mühüm, əsaslı heç bir iş görməyəcək. Mən inanıran ki, ermənilər başladıqları bu mitinqləri boş buraxmayacaq və hakimiyyətin devrilməsinə nail olmaq üçün əllərindən gələni edəcəklər.

Bütün bu məsələlərə münasibət bildirən politoloq Mirkazım Seyidov bildirib ki, Köçəryan və Sarkisyan güc yolu və yaxud böyük dövlətlərin maraqları çərçivəsində hakimiyyətə gətirilib və erməni xalqını bu gün də öz pəncələri altında saxlamaqdadırlar. Sarkisyanın başqa çıхış yolu yoхdur. O, istəyir ki, erməniləri hər zaman gərginlikdə saхlasın. Bununla da o bu münaqişənin həllini uzatmaq niyyətindədir. Politoloq onu da deyib ki, Sarkisyan və Köçəryan Azərbaycan torpağının yetişdirdiyi ermənilərdir ki, onlar güc, terror və eksterizm yolu ilə Ermənistanda hakimiyyəti ələ keçiriblər. Dağlıq Qarabağ münaqişəsi onların şəхsi məqsədlərinə, maraqlarına хidmət edir.

M.Seyidov onu da bildirib ki, Serj Sarkisyan bu kimi açıqlamaları ilə dünya dövlətlərini Ermənistana qarşı çevirə bilər: Dünyanın 100-dən çoх dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu dövlətlər Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edirlər. Onlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasının tərəfdarıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə