3 saylı İstintaq Təcridxanasında limitdən artıq sayda şəxsin saxlanıldığı aşkarlanıb
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə və Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, onlar bu müəssisələrdə saxlanılan bir sıra şəxsləri qəbul edib və təkbətək söhbət aparıb, hüquqlarını izah ediblər.
Həmin şəxslərlə söhbət zamanı onlar bu müəssisə əməkdaşlarının rəftarından şikayət etməyiblər. Eyni zamanda, bəziləri barələrində aparılan istintaqdan narazı olduqlarını bildiriblər. Habelə araşdırma zamanı 3 saylı İT-da limitdən artıq sayda şəxsin saxlanıldığı müəyyən edilib.
Adı çəkilən müəssisələrinin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB