Ermənilər AŞPA-nın Daglıq Qarabag üzrə alt komitəsinin iclasını baykot ediblər

Ermənilər AŞPA-nın Daglıq Qarabag üzrə alt komitəsinin iclasını baykot ediblər

Bu gün AŞPA sessiyası çərçivəsində Assambleyanın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçirilib. SİA-ya Azərbaycanı komitə iclasında təmsil edən Sabir Haciyev bildirib ki, Avropa Ermənistan nümayəndə heyətinin üzvləri iclası boykot ediblər. Erməni tərəfinin görüşə gəlməməsini haqda AŞPA bürosuna məlumat verilməsi barədə qərar qəbul olunub. Nümayəndə heyəti büroya verdikləri məlumatda vurgulayıblar ki, Ermənistan AŞPA bürosunun yekdilliklə qəbul etdiyi qərarını pozur və görüşə gəlmir. "Bu o deməkdir ki, büro Azərbaycanla bağlı qərarların pozulması məsələsini qaldıranda ən azı ikili standartlarla çıxış edirsiniz. Onlar da bununla razılaşmalı idilər, başqa yolları da yoxdur. Bundan sonra da komitənin növbəti iclasları olacaq, ermənilər gəlməsə, bu onların işidir. Lakin onlar gəlməməkləri ilə AŞPA bürosunun qərarını pozurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə