“XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti” adlı beynəlxalq konfrans keçirilir
Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) tərəfindən "XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti" adlı beynəlxalq konfrans təşkil olunub.Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, qarşıda duran problemlərin həlli üçün qadınlar daha aktiv olmalıdır: "Qadınlar ərazi bütövlüyü, ailə, uşaq hüquqları ilə bağlı problemlərin həllinə daha həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar. Qadınların həm siyasətdə, həm ictimai həyatda rolu artır". Türkiyənin ailə və sosial məsələləri naziri Fatma Şahin çıxışında deyib ki, türklərin ortaq tarixinin fonunda ortaq gələcəyi də var: "Türk cümhuriyyətlərində qadınların ən böyük uğuru onların təhsilə açıq olmasıdır. Türk dövlətlərində alim, millət vəkili qadınların çoxluğu buna sübutdur. Güclü cəmiyyət istəyiriksə təhsili yoxsulluğa qurban verməməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB