Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayıb. Sessiya çərçivəsində Avropa Şurası ilə ərəb dövlətlərində yeni yaranan demokratiyalar arasında əməkdaşlıq, insan haqları, terrorçuluğa qarşı mübarizə, internetdə şəxsi məlumatların müdafiəsi, miqrasiya məsələləri, xüsusilə uşaq miqrantlarla bağlı vəziyyət müzakirə olunacaq. AŞPA Bürosunda və daimi komitədə Türkiyədə parlament seçkilərini müşahidə prosesinin yekunları müzakirə olunacaq. AŞPA-nın payız sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib. Sessiya oktyabrın 7-də işini başa vuracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB