Novruz Məmmədov: "Avropa İttifaqının təklifi ilə Gürcüstan, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü olmalı idi"
Polşanın paytaxtı Varşavada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı üzrə keçirilən sammiti Azərbaycan üçün çox uğurlu olub. SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə açıqlamasında bildirib.
Sammitin yekunu olaraq qəbul edilən bəyannamədə də Azərbaycan üçün mühüm olan müddəaların öz əksini tapdığını deyən şöbə müdiri toplantı çərçivəsində Ermənistanın növbəti dəfə destruktivlik nümayiş etdirdiyini bildirib.
"Avropa İttifaqının təklifi ilə Gürcüstan, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü olmalı idi. Biz buna razılıq vermişdik. Lakin çox təəssüflər olsun ki, dünyaya səs salıb, guya Azərbaycanın destruktiv olduğunu deyən Ermənistan bundan imtina etdi. Çox çıxılmaz vəziyyətdə qalsa da, sammitin baş tutmasına imkan vermədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB