Elnur Əliyev: \"“Wikileaks” saytında Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunulmur\" - MÜSAHİBƏ (SƏS TV)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Elnur Əliyevin SəsTv-yə müsahibəsi
- "Wikileaks" saytında yayılan məlumata görə, Ermənistanda saxtakarlıqla keçirilən prezident seçkilərinin tanınmasında və kütləvi insan qırğını ilə müşahidə olunan mitinqlərdə 1-2 mart 2008-ci il olaylarına göz yummasında ABŞ-ın müstəsna rolu olub. Sizcə ABŞ-ın bu məsələdə marağı nədən ibarətdir?
- Ilk öncə onu qeyd edim ki, "Wikileaks" saytında yayılan və qabarıq şəkildə verilən məlumatlardan biri seçkilər olmuşdur. Serj Sarkisyanın prezident seçkilərində 8,4 faiz səs toplaması haqqında məlumatlar yayılmasına baxmayaraq Amerika bu məsələlərdə Ermənistana heç bir təzyiq göstərmir. ABŞ-ın Ermənistan rəhbərliyinə, hökümətinə heç bir təzyiq göstərməməsinin bir neçə səbəbləri ola bilər. Mənim fikirimcə Amerikanın məsələyə bu cür münasibət bəsləməsi hazırkı vəziyyətdə bu regiona heç marağının olmamasıdır. İkinci məsələyə aydınlıq gətirdikdə Amerika demokratiya və insan hüquqlarından yalnız siyasi alət olaraq istifadə edir. ABŞ dövlətinin bu məsləyə sərt mövqe göstərməməsi Amerikanın bizim regionda nüfuzunu aşağı salır və bir növ inamsızlıq yaradır.
- "Wikileaks" saytında yayılan məlumata istinadən 2008-ci ildə Qarabağ münaqişəsinin həllinə imkan yaranıb və 5 rayonun qaytarılmasına razılıq verilib. Amma yenə də ABŞ Türkiyəyə təzyiq etməklə futbolu siyasətini ortaya qoyub və məsələnin həllini əngəlləyib. Sizcə ABŞ-Türkiyə birliyi təsadüfdürmü?
- Müzakirələrdə 5 rayonun qaytarılması məsələsi gündəmdə var idi. Amma sərhədlərin açılması problemi gündəlikdən çıxandan sonra 5 rayonun qaytarılması məsələsi də ortadan qalxdı. Müşahidələrdən də göründüyü kimi bir mənalı şəkildə burada da Amerikanın marağı var. Bildiyimiz kimi "Wikileaks" saytında Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunulmur. Saytda həmçinin seçkilərin saxtalaşdırılması ilə bağlı Konstitutsiya Məhkəməsinə Sarkisyan tərəfindən müəyyən təzyiqlərin olması, Ermənistanda korrupsiya məsələsi qabarıq şəkildə əks olunub. Saytda bütün bu məlumatların geniş şəkildə dərc olunmasına baxmayaraq Amerikanın birmənalı şəkildə bu məsələnin həllində marağı çox aşağı səviyyədədir.
Mənim fikirimcə, Amerika müsəlman dövlətləri üçün Türkiyəni bir tərəfdaş kimi görürür. Təbii ki, Türkiyəni demokratik bir model olaraq yaradıb və ondan öz maraqları çərçivəsində tərəfdaş kimi istifadə edir.
- ABŞ-ın Dağlıq Qarabağ problemin həllində açıq şəkildə ikili yanaşma nümayiş etdirməsi nə ilə izah oluna bilər?
- Amerikanın ilk növbədə ikili standartlar göstərməsi açıq aydın görünür. Bunun səbəblərindən biri Amerikanın bizim regionda enerji maraqlarının olmasıdır. Amerikannın Dağlıq Qarabağ münaqişəsinin həllində kəskin mövqeyinin ortaya qoymaması məhz bu səbəbdən irəli gəlir. İkinci səbəb isə hazırkı vəziyyətdə Amerikanın əsas siyasəti ərəb dövlətlərinə yəni İraq, Əfqanstan dövlətlərinə doğru yönəlib. Bizim region xüsusilə Rusiyanın maraq dairəsində olduğu üçün əsas söz sahibi də deyərdim ki, Rusiyadır. Amerika coğrafi baxımdan bizdən çox uzaqda olsa da, onun bu regionda maraqları qismən təmin olunduğu üçün o, bu siyasi mövzuda öz maraqlarını ortaya qoymur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB