Dövlət Sosial Müdafiə Fondu yeni elektron xidmətin tətbiqinə başlayıb
Azərbaycan Respublikası Prezidentinin Dövlət orqanlarının elektron xidmətlər göstərilməsi təşkili sahəsində 23 may 2011-il tarixli fərmanı ilə əlaqədar olaraq görülən tədbirlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti elektron xidmətinin tətbiqinə başlayır.
SİA-nın verdiyi xəbərinə görə, bu məqsədlə bir sıra nazirliklərin və beynəlxalq qurumların təmsilçilərini iştirakı ilə xüsusi təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, yeni elektron xidmət sığorta edənlərdən hesabatların elektron formada qəbulunu nəzərdə tutan proqram təminatı əsasında hazırlanıb.
Onun sözlərinə görə, bu xidmət DSMF tərəfindən həyata keçirilən mühüm layihələrdəndir. Belə ki, elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan verəcək, insan amilinin rolunu son dərəcə azaldacaq, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasına gətirib çıxaracaq: "Hazırda DSMF tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, İKT-nin tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilməkdədir". DSMF sədri onu da bildirib ki yeni elektron xidmətindən sonra DSMF orqanlarında kadr ixtisarlarinin aparılması da gözlənilir. Belə ki, yeni sistemin tətbiqində insan amilinin rolu azaldılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda dövlət məcburi sosial sığorta sistemində sığorta olunanların sayı 1 mln. 939 min nəfərdir. Yeni sistem bu ilin IV rübü ərzində elektron imza ilə uyğunlaşdırılacaq.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB