Bakı şəhər gənclərinin zona toplantısı keçirilir- YENİLƏNİB

Bakı şəhər gənclərinin zona toplantısı keçirilir- YENİLƏNİB

Bu gün Bakı Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Gənclərinin VI Forumu çərçivəsində Bakı şəhər gənclərinin zona toplantısı keçirilir. SİA-nın məlumatına görə, ilk olaraq tədbirin gündəliyi elan olunub və katiblər seçilib. Daha sonra Bakı Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan gənclərinin V forumundan keçən dövr ərzində şəhər və rayonlarda keçirilən tədbirlər və Respublikanın sosial iqtisadi həyatına gənclərin cəlb olunması, onlara o sahədə olan qayğı və problemlərin həlli istiqamətində görülən işləri haqqında hesabat məğzi ilə çıxış edib. O bildirib ki, ilk dəfə gənclər forumu 1996-cı ildə keçirilib. Onun sözlərinə görə, həmin dövrdən bu yana gənclərin inkişafı ilə bağlı qanunlar qəbul edilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində dövlətin gənclər və idman siyasətini həyata keçirən qanunlar tətbiq edilib.

Tədbirin davamında çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 15 il ərzində gənclərlə iş sahəsində böyük uğurlar əldə edilib və böyük addımlar atılıb: \"Bu konfransların keçirilməsi ilə gənclər öz fikirlərini bildirir, onlara tövsiyyələr verilir. Gənclərin VI forumuna hazırlıq işləri görülür. Bu məqsədlə də müxtəlif rayon və şəhərlərdə toplantılar keçirilir və birgə fikir mübadiləsi aparılır. Gənclərin V forumundan sonra isə transmilli islahatlar, layihələr çərçivəsində mühüm işlər həyata keçirilir\".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə