Erməni Milli Konqresi Ermənistanda ərəb inqilablarını təkrarlamaqda iddialıdır

Erməni Milli Konqresi Ermənistanda ərəb inqilablarını təkrarlamaqda iddialıdır

Erməni Milli Konqresi (AMK) istənilən vaxt ərəb inqilabını Ermənistanda təkrarlaya bilər, amma hələlik istəmir. SİA-nın verdiyi məlumata görə, bunu Demokratik Vətən Partiyasının lideri, AMK-nın nümayəndəsi Petros Makeyan keçirdiyi mətbuat konfransında deyib.

"Xalq hələ 2008-ci ilin mart ayında meydanlara çıxdı, Robert Koçaryan isə xalqı əzdi, sonra isə gülləbaran etdi. Bundan sonra vəziyyət dəyişdi. Belə olan təqdirdə AMK hakimiyyəti necə ələ almağın yollarını axtarır", deyə Makeyan bildirib. Siyasətçi bildirib ki, AMK bundan sonra da xalqı öz arxasınca "Azadlıq" meydanına aparacaq və Serj Sarkisyanı istefa verməyə məcbur edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə