Gənc muğam ifaçısı 80 min manatın qurbanı oldu

Gənc muğam ifaçısı 80 min manatın qurbanı oldu

Tanınmış muğam ifaçısı Səfa Məmmədov Qaraçuxur qəsəbə sakini Elçin Yusifovun mənzilindən 80 min manat oğurlamaqda təqsirli bilinir. Suraxanı rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səfa Məmmədov sentyabrın 27-də yaxalanıb. Suraxanı rayon polis idarəsindən SİA-ya faktı təsdiqləyərək əlavə məlumatın veriləcəyi bildirilib.


Bakı şəhər Baş Polis İdarəsi isə "Xalq ulduzu" Səfa Məmmədovun cinayəti ilə bağlı məlumat yayıb. İdarədən verilən məlumata görə, iyulun 24-də Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yaşayan İlkin Yusifovun mənzilindən açıq qapıdan keçməklə 60 min manat və 20 min ABŞ dolları oğurlanıb.

Faktla əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə