ABŞ-ın ermənisentrist siyasəti onun regional maraqlarına ciddi zərbə vurur
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün növbəti mətbuat konfransını keçirib. SİA-nın verdiyi xəbərə görə, mətbuat konfransında politoloq "Wikileaks" saytında gedən son məlumatlar barədə danışıb: "Son günlərdə baş verən hadisələr ABŞ və Ermənistan münasibətlərini bizə tam əks etdirir. ABŞ Cənubi Qafqaz regionunda ermənisentrist siyasəti aparır. Bu, Serj Sarkisyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra özünü büruzə verməyə başlayıb\".
Onun sözlərinə görə, Sarkisyan 2008-ci il prezident seçkilərində kifayət qədər səs toplamayıb. \"Ermənistandakı prezident seçkiləri haqqında ABŞ-ın məlumatı ən dəqiq məlumatdır, çünki ABŞ-ın Ermənistanda seçkilərin monitorinqini reallaşdırmağı bacaran güclü şəbəkəsi olub\", - deyə politoloq bildirib. Həmçinin Əhmədoğlu qeyd edib ki, ABŞ Ermənistandakı 2008-ci il 1 mart qırğınını ört-basdır etməklə məşğul olub: \"ABŞ-ın təzyiqi ilə Avropa Parlamenti 1 mart qırğınlarının təhqiqatını çaşdırmaqla məşğul oldu və indi də AŞPA bu məsələni gündəlikdən çıxarmaq istəyir\". Politoloq həmçinin vurğulayıb ki, ABŞ-ın Cənubi Qafqaz regionunda ermənisentrist siyasəti onun regional maraqlarına ciddi zərbə vurur.
Həbib Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB