Türkiyənin Baş naziri BMT-də Ermənistan prezidentinin çıxışı zamanı iclas zalını tərk edib
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 66-cı sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı iclas zalını tərk edib. SİA-nın Türkiyə KİV-lərinə istinaden verdiyi xəbərə görə, Baş nazir erməni prezidentinin qondarma Dağlıq Qarabağ rejimi haqqında səsləndirdiyi fikirlərinə etiraz olaraq bu addımı atıb.
Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 66-cı sessiyasının keçirildiyi iclas zalına Fələstin dövlətinin prezidenti Mahmud Abbasın çıxışı zamanı qayıdıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB