Levon Ter-Petrosyan: “Erməni ordusunda əxlaqsızlıq məsələsi ciddi problem olaraq qalır”
"Erməni ordusunda özbaşınalıq və intizamsızlıq halları sürətlə artır". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bildirib.
"Ordumuz hər il onlarla hərbi qulluqçusunu itirir və onların əksəriyyəti qeyri-döyüş şəraitində həlak olur. Araşdırmalar göstərir ki, qeyri-döyüş şəraitində itkilərin yaşanmasına əsas səbəb orduda xəstəliyin baş alması, əsgərlərin hərbi hissələrdən kənar şəxsi işlər görməyə vadar edilməsi, intihar, döyülmələrdir. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, onların qanundan kənar, nalayiq davranışları və orduda \"dedovşina\" hallarının davam etməsi isə müddətli xidmət edən əsgərlər arasında fərariliklə yanaşı, intihar hallarının sayının da sürətlə artmasına səbəb olur" - deyə o, əlavə edib.
Ter-Petrosyan deyir ki, orduda əxlaqsızlıq məsələsi də ciddi problem olaraq qalır: "Belə ki, yüksək rütbəli şəxslər tərəfindən əsgərlərin zorlanması və onlara müxtəlif üsullarla təcavüz edilməsi, döyülməsi, zabitlərin hətta hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması halları da ötən illərlə müqayisədə xeyli çoxalıb. Utandırıcı olsada bunu deyəcəm şəxsi heyət arasında homoseksuallığa meyilli hərbi qulluqçuların sayı da artıb. Ən acınacaqlısı isə homoseksualların sırasında zabitlərin, gizirlərin də sayı az deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB