Almaniyada Ermənistanın təxribatları əleyhinə etiraz aksiyası keçirilib

Almaniyada Ermənistanın təxribatları əleyhinə etiraz aksiyası keçirilib

2011-ci il sentyabr ayinin 19-da Almaniya Federativ Respublikasının (AFR) Baden Würtemberg əyalətində Ermənistan Mədəniyyət günləri çərçivəsində keçiriləcək qondarma "Dağlıq Qarabağ Respublikası 20 il" adlı konsert proqramına etiraz olaraq Azərbaycanın AFR-dəki səfirliyi, Ştutqartdakı Fəxri Konsulluğu və bir sıra diaspor təşkilatları Almaniyanın Xarici İşlər Nazirliyinə və Baden Würtemberg torpağının rəhbərliyinə müraciət edib.

Azərbaycanın Ştutqartdakı Fəxri Konsulluğundan SİA-ya verilən məlumata görə, müraciətlərə cavab olaraq Almaniya tərəfi məsələni araşdırıb və rəsmi olaraq bildirib ki, Ermənistan tərəfi Ştutqart şəhərinin rəhbərliyinə bu barədə qabaqcadan informasiya verməyib və region haqqında az məlumatı olan şəxslərdən sui-istifadəyə cəhd olunduğunu bildirib. Ermənistan tərəfindən tələb edilib ki, 19 sentyabrda olacaq konsert yalnız mədəni-kütləvi xarakter daşımalı, tədbirdə qondarma \"Dağlıq Qarabağ Respublikası\"ı heç bir formada təbliğ olunmamalıdır. Bu barədə 16 sentyabr 2011-ci ildə Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauser bəyanat verib.

Bu hadisələrə etiraz əlaməti Almaniyadakı Avropadakı Azərbaycan Gəncləri Assosiasiyası, Almaniyadakı "Azərbaycan Evi\", Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Avropa Azərbaycanlıları Konqresi və Münhen Helmholtz İnstitutunda çalışan azərbaycanlı professor Məsud Əfəndiyevin dəstəyi ilə 2011-ci il sentyabrın 19-da etiraz aksiyası keçirilib. Ştutqart şəhərinin Bad Kanştat bölgəsində, tədbirin keçirildiyi binanın qarşısında baş tutan aksiyada Almaniyada yaşayan tələbə və gənclər də fəal iştirak ediblər.

Aksiyada ermənilərin provokasiyasının əleyhinə şüarlar səslənib və konsertə gələn insanlara Dağlıq Qarabağla bağlı həqiqətlərini əks etdirən məlumatlar paylanıb.

Tədbir 1 saata yaxın davam edib, heç bir xoşagəlməz insident qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə