Qarabağ Fondunun veb səhifəsi erməni xakerlərin hücumuna məruz qaldı

Qarabağ Fondunun veb səhifəsi erməni xakerlərin hücumuna məruz qaldı
ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun www.karabakhfoundation.org ünvanında yerləşən veb səhifəsi xaker hücumuna məruz qalıb. Fonddan SİA-ya verilən xəbərə görə, DDOS hücum nəticəsində fondun saytı tamami ilə dağıdılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, xaker hücumu Ermənistan ərazisindən həyata keçirilib. Qısa müddət ərzində fondun səhifəsi işini bərpa edib. Yenidən xaker hücumu gözlənildiyi üçün fondun texniki təhcizat şöbəsi gücləndirilən iş rejiminə keçib. Qeyd olunmalıdır ki, son zamanlar Qarabağ Fondu dəfələrlə ermənistan mətbuatında tənqid atəşinə tutulur. Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılan və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə