Paytaxtın bəzi küçə və yollarında fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Paytaxtın bəzi küçə və yollarında fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və yollarında fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, bu gün saat saat 08:00-dan Azneft dairəsi, Neftçilər prospekti ilə aeroport, Mərdəkan, Buzovna, Zağulba istiqamətlərinə və həmin marşrutlar üzrə geriyə hərəkət məhdudlaşdırılacaq.

Saat 13:00-dan isə İstiqlaliyyət, 10-cu park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri xiyaban, Şəhidlər xiyabanı və İçərişəhər istiqamətinə yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Həmçinin Neftçilər prospektinin kəsişməsindən Rəşid Behbudov, Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif, Fətəli Xan Xoyski, Koroğlu Rəhimov küçələri və geriyə, Qədirbəyov küçəsi ilə Xətai prospekti, Dəmirçizadə küçəsi ilə Azneft dairəsi istiqamətində avtomobillərin hərəkətinə icazə verilməyəcək.

Sabah saat 08:00-dan Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament, Hüseyn Cavid, İnşaatçılar prospektləri, İzmir küçəsi, Tiblisi prospekti, Sumqayıt istiqamətinə və geriyə yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

İdarə əhalidən, sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, bu istiqamətlərdə nəqliyyatın sıxlığı, ləngimə, yol qəza hadisələri baş verməməsi üçün alternativ yollardan istifadə etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə