Türkiyənin Bakıdakı səfirliyi \"Yeni Müsavat\" qəzetinin yazısı ilə bağlı rəsmi açıqlama verib
Türkiyənin Bakıdakı səfirliyi \"Yeni Müsavat\" qəzetinin ötən həftə dərc etdiyi \"Hərbi məktəbdə türk müdavimlərinə təzyiq olunur\" başlıqlı yazı ilə bağlı Türkiyənin Anadolu Xəbər Agentliyinə açıqlama verib. SİA-nın məlumatına görə, səfirlik bu yazı ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə rəsmi faks göndərib. Açıqlamasında səfirlik xəbərin əsassız və həqiqətdən uzaq olduğunu göstərib. Açıqlamasında Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşavirliyi Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasında mövcud olan dostluğu, əməkdaşlığı və qardaşlığı pozmaq istiqamətində \"gerçək olmayan\" yazılar olduğunu ifadə edib və \"Biz yayımlanan xəbərləri ciddi qarşılamırıq və əhəmiyyət vermirik\" şəklində açıqlama ilə çıxış edib.
\"Yeni Müsavat\" qəzetində yayılan bu xəbərin anonim dərc edildiyini də xatırladan açıqlamada xəbərlərin məqsədinin Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmaq və Türkiyənin dostu müdafiə naziri Səfər Əbiyevin nüfuzuna xələl gətirmək və ona təzyiq göstərmək olduğu ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB