Prezident İlham Əliyev rusiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev rusiyalı həmkarını təbrik edib

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib.

SİA-nın xəbərinə görə, dövlətimizin başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, Rusiya Federasiyası Prezidenti ilə keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, öz növbəsində ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı ilə bağlı fikirlərini çatdırıb.

Prezidentlər Azərbaycan-Rusiya dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com