Rusiyadan Aİ-yə xəbərdarlıq: “\"Transxəzər\" qaz kəmərinin tikintisi və istismarı nəticəsində qəzalar baş verə bilər”
Rusiya Xariсi İşlər Nazirliyi Avropa Birliyinin \"Transxəzər\" qaz kəmərinin çəkilməsi ilə bağlı Avropa Birliyi - Türkmənistan - Azərbaycan danışıqların başlanılması barədə verdiyi qərardan təəssüflənir. SİA-nın xəbərinə görə, bunu Rusiya XİN-in nümayəndəsi Aleksandr Lukaşeviç deyib: "Boru kəmərinin keçəcəyi marşrut üzrə seysmik aktivlik mövcuddur. \"Transxəzər\" qaz kəmərinin tikintisi və istismarı nəticəsində elə qəzalar baş verə bilər ki, bu, yalnız kəmərlə bir-birinə bağlanacaq sahillərə deyil, regionun bütün ölkələrinə təsir göstərə bilər".
O, qeyd edib ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər
Qeyd edək ki, Aİ Şurası \"Transxəzər\" qaz kəmərinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB