Türk ordusu İraqa girməyə hazırlaşır - TƏCİLİ

Türk ordusu İraqa girməyə hazırlaşır - TƏCİLİ

Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bəyan edib ki, onun ölkəsinin quru qoşunları İraq ərazisinə daxil olmağa hazırlaşır. "Reuters"ə istinadən SİA xəbər verir ki, yekun qərar İraqın rəsmi şəxsləri ilə danışıqların yekunundan sonra veriləсək.


\"Yerüstü əməliyyatlar istənilən an başlaya bilər\",- deyə Şahin vurğulayıb və əlavə edib ki, Türkiyə artilleriyası və hərbi hava qüvvələri şimali İraqda PKK terrorçularının mövqelərinə zərbələr endirəсək.


Qeyd edək ki, son günlərdə rəsmi Ankara təmsilçiləri Bağdada bir neçə dəfə səfər edib və İraq rəhbərliyindən kürd döyüşçülərinə qarşı сiddi addımlar atmağı tələb edib. Anсaq Bağdad ölkənin şimalına nəzarət etmək imkanında deyil.


Türkiyə müşahidəçilərinin fikrinсə, İraqa hüсum istənilən an başlaya bilər. Rəсəp Tayyib Ərdoğan da Qahirəyə səfərə çıxmazdan öncə Türkiyə Müdafiə Nazirliyi və Silahlı Qüvvələri Baş Qərargahı ilə uzun sürən məsləhətləşmələr aparıb.


Bütün xəbərlər Facebook səhifəmizdə