Türkiyə və Ukrayna iki ölkə arasında viza rejiminin ləğvinə hazırlaşır
SİA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukraynanın
Türkiyədəki səfiri Sergey Korsunski açıqlama verib. Onun sözlərinə görə, viza
rejiminin ləğvinə dair saziş bu ilin dekabr ayında Ukrayna prezidenti Viktor
Yanukoviçin Türkiyəyə səfəri zamanı imzalanacaq. Səfər çərçivəsində Türkiyə və
Ukrayna prezidentlərinin rəhbərliyi ilə iki ölkənin Ali Strateji Şurasının toplantısı
keçiriləcək.
Səfir qeyd edib ki, viza rejiminin ləğvinə dair saziş 2012-ci ilin may ayına qədər Türkiyə və Ukrayna parlamentləri tərəfindən ratifikasiya olunacaq: "Bu isə türkiyəli azarkeşlərin 2012-ci ildə Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatında iştirak etməsinə yol açacaq. Türkiyə millisi finala çıxarsa, bu, bizim üçün 1 milyon nəfər turist deməkdir".
S.Korsunski bildirib ki, hər il Ukraynaya 40 min türkiyəli gəlir, Türkiyəyə gələn ukraynalıların sayı isə 750 min nəfəri ötür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB