Etibar Məmmədov siyasi səhnəyə qayıtmaqla nəyi “dəyişmək” istəyir? - ANALİZ
E.Məmmədovun şəxsi qərarı əvvəl-axır belə olmalıydı. Yəni o, bütün mənalarda "siyasətə" qayıtmağına işarə etməliydi. AMİP "lideri" gec-tez hamının sığındığı "siyasi səhnəyə qayıdış" barəsində daxili qərarını verməliydi. Çünki siyasətə onunla bir vaxda gələnlərin heç biri səhnəni təhvil verib getmədi, səhnədə öz artistik rollarını oynamaqda davam etdilər.
E.Məmmədovun "geri dönüş" ambisiyasını belə sıralamaq mümkündür:
1. Müsavat başqanı İsa Qəmbərovla təmaslar,
2. O və bir qrup müxalifətçi ilə ictimai-siyasi proseslərin müzakirəsi,
3. Beləliklə, özünü təcrid etdiyi müxalifətin içərisinə dönüş.
İlk cəhdin "uğurluluğu" E.Məmmədovun müxalifətdaxili əməkdaşlıqda yerini bərpa edir, ən azından, onu siyasi qüvvələrin hafizəsinə gətirir, inteqrasiya proseslərində mövqeyinə istinad üçün əsas yaradır, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara yolunu asanlaşdırır. AMİP "lideri" bundan sonra başlanğıc üçün Müsavatla, ardınca isə digər siyasi partiyalarla "əməkdaşlığını" sürətləndirmək imkanı əldə edir.
Sonda onu da qeyd etmək olardı ki, onun "siyasi səhnəyə qayıdışı" heç bir dəyişikliyə səbəb olacaq faktorlardan deyil. Çünki E.Məmmədov AMİP-ə sədrlik etdiyi dönəmlərdə də, sonrakı dövrlərdə də müxalifət elə həmin müxalifət olaraq qalıb. Çox yəqin ki. bundan sonra da belə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB