Tahir Kərimli: “İctimai Palata falçılıqla məşğuldur” - MÜNASİBƏT
Gücü olmayan müxalifətin "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədini ortaya qoyması ambisiyalıqdır. Bu sözləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Onun sözlərinə görə, ictimai palata xarici havadarlara özlərini əhəmiyyətli göstərmək üçün "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədini gündəmə gətiriblər: "İctimai Palatanın "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədində ortaya qoyulan məsələlər artıq Azərbaycan prezidenti tərəfindən həyata keçirilir. Yeni heç nə yoxdur. Yeganə parlament seçkiləri ilə bağlı məsələ var. Lakin bu yenə də prezidentin səlahiyyətlərinə aid olan bir məsələdir. Eyni zamanda Azərbaycanda parlament seçkisi yeni keçirilib. Həmçinin əgər keçirilsə belə onlar hansı güclə parlament seçkilərinə getmək istəyirlər? Azərbaycanda mövcud olan müxalifət özünü Türkiyənin müxalifətinə bənzədir. Türkiyə müxalifəti 100-lərlə millət vəkili ilə parlamentdə təmsil olunur. İctimaiyyət içərisində də dəstəyi möcvudur və ona görə onlar hakimiyyətə təkliflər vermək qabiliyyətinə sahibdirlər. Azərbaycanda isə belə hal ola bilməz. Çünki hazırda müxalifətin nə siyasi gücü, nədə ictimaiyyət içərisində dəstəyi mövcud deyil. Eyni zamanda onlar tərəfindən səsləndirilən müxtəlif bəyanatlar siyasətdən kənardır. Bu sadəcə olaraq falçılıqdır".
Partiya sədri hesab edir ki, hazırda müxalifət hədsiz zəifləyib və qəzetlərin üzərində mövcuddur. O, qeyd edib ki, müxalifət yalnız epizodik internet səhifələrində, mətbuatda görünür: "Hansısa bir tədbir həyata keçirir. Məsələn, piket səviyyəsindən yuxarı qalxa bilmir. Belə olan təqdirdə müxalifət gündəmdə qalmağı fikirləşir. Həmçinin köhnə qvardiyanın hamısı müxalifəti tərk edib. Nəzər yetirsəniz AXCP-yə və ya Müsavata kim qalıb köhnə qvardiyadan? Onların yanında xalq hərəkatının mühim üzvlərindən heç kəs qalmayıb. Mənim özümdə bəzən elə adlara rast gəlirəm ki, heç bilmirəm bunlar haradan gəlib?
Mən belə hesab edirəm ki, onlar nəyin bahasına olursa-olsun özlərini gündəmdə saxlayaraq qorumaq istəyirlər. Xalqın dəstəyi olmayan təşkilatın gücü olmaz. Ona görə, bunlar ancaq bəyanatlar verməklə gündəmdə qalmaq istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB