Mübariz Qurbanlı: “İctimai Palatanın “yol xəritəsi” çox gecikib” - MÜNASİBƏT
İctimai Palatanın "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədi ölkə ictimaiyyətinin narazılığına səbəb olub. Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbərin sənədlə bağlı mətbuata verdiyi acıqlamasına münasibət bildirən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib ki, bizi vaxtından əvvəl seçki keçirməyə sövq edəcək nə daxili, nə də xarici səbəblər var.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə hesab edir ki, İctimai Palatanın hazırladığı sənəd bu günün reallığı əks etdirmir: "Palatanın hazırladığı "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" kecikmiş və Azərbaycanın xeyrinə olmayan bir sənəddir. Bu sənədin ancaq mətbuatda gedən hissəsi ilə tanışam. Ancaq sənədin tanış olduğum hissəsindən gəldiyim qənaətə görə, burada Azərbaycanın xeyrinə olan bir məqam yoxdur. Bu sənəddəki müddəalar Azərbaycanı irəli yox, geriyə apara bilər. Çünki Azərbaycan artıq demokratik ölkədir və yenidən demokratiyaya gecidlə bağlı təkliflərə ehtiyac yoxdur. İctimai Palatanın sənədində isə demokratiyaya geciddən danışılır. Bu sənəd 90-cı illərdə qəbul oluna bilərdi. İndi isə belə bir sənədə ehtiyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB