Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir

Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir

Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə komitəyə üzv olacaq 53 ölkədən 400-ə yaxın səhiyyə naziri və dövlət rəsmiləri iştirak ediblər. Sessiyada 5 həyati vacib məsələ - yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİCS və antibiotiklərdən düzgün istifadə problemlərini milli və regional səviyyədə müzakirə olunacaq.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bu tədbirin Azərbaycanda keçirilmısinin xüsusi əhəmiyyətindən danışıb. O bildirib ki, ÜST-nin Avropa Regional Komitəsinin Bakıda keçirilməsi yalnız Azərbaycana deyil, bu beynəlxalq təşkilata üzv olan bütün üzv ölkələrə öz töhfəsini verəcək.

ÜST Avropa Regional Komitəsinin direktoru Jujanna Yakob isə Azərbaycan səhiyyəsinin inkişaf etdiyini nəzərə çatdırıb. O qeyd edib ki, digər Avropa ölkələru də bundan faydalanmağa, Azərbaycanın tıcrübəsindən istifadə etməyə çalşmalıdırlar: "Səhiyyənin idarəedilməısində, xidmətlərin göstərilməsi istiqamətində işlər gücləndirilməlidir. Səhiyyə ilə bağlı mövcud problemlərin həllində yeni yollar axtarmaq lazım olduöunu nəzərə çatdıran komitə sədri Malyariya, Vərəm və SPİD-lə Mübarizə üzrə Qlobal Fond, eyni zamqanda Dünya Bankı ilə əməlkdaşlıq etdiklərini ssöyləyib.

Yakob komitəyə üzv ölkələrin bu tədbirdə iştirakını da xüsusi vurğulayıb.ss

Bu gün Gülüstan sarayında öz iinə başlayan sessiya sentyabrın 15-də yekunlaşacaq.






Bütün xəbərlər Facebook səhifəmizdə