ABŞ-da baş vermiş 11 sentyabr hadisələrindən 10 il keçir

ABŞ-da baş vermiş 11 sentyabr hadisələrindən 10 il keçir

Amerika Birləşmiş Ştatlarında 11 sentyabr terror aktının 10-cu ildönümündə Nyu Yorkda keçmiş Dünya Ticarət Mərkəzinin ərazisində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Faciənin ildönümündə Nyu York yaxud Vaşinqtonda yeni \"Əl-Qaidə\" terror aktının mümkünlüyünü ehtimal edən müstəntiqlər gücləndirilmiş iş rejimində işləyirlər. SİA-nın aldığı məlumata görə, ötən gündən etibarən Nyu Yorkda silahlı qüvvələrin əməkdaşları sıx gözə dəyir. Terror aktı qurbanlarının xatirəsini yad etmək istəyən sadə vətəndaşlar Aşağı Manhetten ərazisinə axışırlar. Qurbanların ruhuna dualar oxumaq üçün keşişlər Sent Pauls kilsəsində xidmət göstərirlər. Nyu York və Nyu Cersi hava limanlarında, avtobus və dəmiryol dayanacaqlarında da təhlükəsizlik tədbirləri gücləndirilib.


ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama Arlinqton Milli Məzarlığını ziyarət ediblər. Onlar İraq və Əfqanıstan müharibələri zamanı zəlak olmuş Amerika hərbçilərinin ruhunu yad ediblər. Obama ailəsi məzarlığa baş çəkən hərbçi ailələri ilə də söhbət ediblər. Sabiq ABŞ prezidenti Corc Buş və xanımı Laura Buş isə Pentaqon önündəki memoriala əklil qoyublar. Burada \"77-ci reys\"lə uçan təyyarənin Pentaqon binasına çırpılması nəticəsində həlak olmuş 184 nəfərin xatirəsi yad edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə