ABŞ-ın eks-prezidentləri 11 sentyabr terrorunun qurbanlarını anıblar
ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Corc Buş-kiçik 11 sentyabr 2001-ci ildə Vaşinqton və Şanksailldə baş vermiş terror aktının qurbanlarının xatirəsini anıblar. Mərasimdə ABŞ-ın keçmiş və indiki müdafiə nazirləri Donald Ramfeld və Leon Panetta da iştirak ediblər.
Terror aktları baş verən zaman ABŞ-a rəhbərlik edən Corc Buş Vaşinqtondan Şanksvillə yola düşüb və orada çıxış edib. "Bu gün çox amerikalı ona görə həyatdadır ki, 93 saylı reysin heyət üzvləri və sərnişinləri qəhrəmanlıq göstərərək, öz həyatlarını qurban vekriblərö Həmin təyyarə Kapitoliyə düşə bilərdi. Lakin onlar buna imkan vermədilər.Biz onları xatırlamalı və bütün ömrümüzü onların xatirəsi ilə keçirməliyik", - Corc Buş 4 min nəfərlik mərasim iştirakçıları qarşısında deyib.
Pensilvaniyadakı mərasmimdə Corc Buşa daha bir eks-prezident Bill Klinton da qoşulub. O da çıxış edib və göz yaşlarını çətinliklə saxlayıb.
Bu gün ABŞ-ın tarixində ən dəhşətli terror aktlarının 10-cu ildönümüdür. 2001-ci il sentyabrın 11-də "Əl Qaidə" terrorçuları dörd sərnişin təyyarəsini ələ keçiriblər. Onlar təyyarələrdən ikisini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzininin qüllələrinə, digər ikisini isə Pentaqon və çox güman ki Ağ Ev və ya Kapitaliyə yönəldiblər.
Sonuncu istisna olaraq, bütün təyyarələr hədəfə çatıblar. "93-cü reys" kimi tanınan dördüncü təyyarə isə Pensilvaniya ştatındakı Şankssvill şəhəri yaxınlığında qəzaya uğrayıb. İstintaqın məlumatına görə, ələ keçirilən təyyarənin sərnişin və heyət üzvləri terrorçulara müqavimət göstəriblər və Vaşinqtonda ikinci terror aktı baş tutmayıb. Beləliklə, təyyarə insanların olmadığı yerdə qəzaya uğrayıb, göyərtəsindəkilərin hamısı həlak olublar. Ümumiliklə 11 sentyabr terroru nəticəsində 2974 nəfər həlak olub, 24 nəfər itkin düşüb. Terror zamanı 19 terrorçunun da öldüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB